Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonu uzun müddətdir tanıyıram. Ona çox hörmət edirəm, aramızda dostluq var.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə deyib.O, Matvienko ilə dünənki görüşünün təsadüfən baş tutduğunu bildirib:
"Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonu uzun müddətdir tanıyıram. Ona çox hörmət edirəm, aramızda dostluq var. Dünən Türkmənistanda iclasdan sonra konsert salonuna birlikdə getdik. İkimiz də bir-birimizə baxdıq, gülümsədim. Ondan sonra yaxınlaşıb görüşdük, söhbət etdik. Ona Sergey Lavrovla görüşlərimizdən danışdım. Matviyenko dialoq çağırışlarına ehtiyac olduğunu bildirdi. Mən isə, "bəli, buna ehtiyac var və Lavrovla mənim işimin asanlaşdırılması lazımdır, bu günlər keçib gedər, əvvəlki günlərə qayıdarıq", dedim. Sonra yolumuza davam etdik. Bizim bir-birimizə hörmətimiz var".
Qeyd edək ki, ötən gün Çavuşoğlu ilə Matviyenko Aşqabadda görüşüb.