London ABŞ və İsrailin İrana qarşı müharibəsinə qoşula bilər

London ABŞ və İsrailin İrana qarşı müharibəsinə  qoşula bilər backend

Böyük Britaniya qoşunlarını Yaxın Şərqə göndərmək və ABŞ-nin İrana qarşı hücumlarına qoşulmaq ehtimalını istisna etmir.

Qaziler.az-ın məlumatına görə, bu barədə “The i” qəzeti mənbələrə istinadən xəbər dərc edib. Adları çəkilməyən Qərb rəsmiləri nəşrə bildiriblər ki, London müxtəlif ssenariləri nəzərdən keçirir.

Mənbələr hazırda hərbi əməliyyatda iştirak etmək üçün konkret planların olmadığını vurğulayıblar. Lakin onlar regiondakı vəziyyətin sürətlə dəyişdiyini və Britaniya tərəfinin bütün mümkün ssenariləri nəzərdən keçirməyə məcbur olduğunu qeyd ediblər.

London üçün mümkün rollardan biri Hörmüz boğazından keçən ticarət gəmiləri müşayiət etməsi ola bilər.

Mənbələrə görə, hazırkı hərbi əməliyyatların intensivliyini nəzərə alaraq, raket atışlarını daha bir neçə gün davam etdirmək üçün İranın kifayət qədər ballistik raket ehtiyatı var. Eyni zamanda, Britaniyanın Baş naziri Kir Starmer dəfələrlə bildirib ki, müvafiq hüquqi çərçivənin olmaması səbəbindən London ABŞ və İsrailin İrana hücumlarında iştirak etmir.

QAZİLER.AZ