İsveçrə Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar İrandan İsveçrə vətəndaşlarının təxliyəsində göstərilən yardıma görə Azərbaycana təşəkkür edib.
"Report" xəbər verir ki, bu barədə diplomatik missiyanın sosial şəbəkə hesabında bildirilib.
"İsveçrə səfirliyi isveçrəli diplomatların və vətəndaşların İrandan təxliyəsində göstərilən operativ və qiymətli yardıma görə Azərbaycan hökumətinə təşəkkür edir. Belə kritik bir vaxtda əməkdaşlığı və dəstəyi yüksək qiymətləndiririk" - məlumatda qeyd olunub.



