ABŞ-nin İranla müharibəsi Rusiyaya fayda verir - "Bloomberg"

ABŞ-nin İranla müharibəsi Rusiyaya fayda verir - "Bloomberg" backend

ABŞ və İran arasında davam edən münaqişə Rusiyaya fayda verir, çünki bu, Ukraynanın “Tomahawk” raketləri alma ehtimalını azaldır.

Qaziler.az xəbər verir ki, bu fikirləri Jurnalist Mark Çempion “Bloomberg” üçün yazdığı məqalədə qeyd edib.

"Ukraynanın “Tomahawk” raketlərinə olan ümidlərinin azalması, Rusiyanın Prezident Donald Trampın İranla müharibəyə başlamaq qərarından açıq şəkildə faydalandığını göstərir. Və bu fayda münaqişə davam etdikcə artacaq", - Çempon yazır

Müəllif həmçinin qeyd edib ki, Hörmüz boğazının uzun müddət bağlanması və ya Fars körfəzində neft və qaz ixrac potensialının məhv edilməsi Rusiya enerji bazarını canlandıra bilər.

Bundan əlavə, hərbi əməliyyatlar ABŞ-dən əhəmiyyətli dərəcədə kəşfiyyat məlumatı toplamağı tələb edir. Çempion hesab edir ki, Ukraynanın müdafiəsi üçün vacib olan resurslar başqa istiqamətə yönləndirilə bilər.

QAZİLER.AZ