Zelenski Orbana seçkilərdə məğlubiyyət arzuladı

Zelenski Orbana seçkilərdə məğlubiyyət arzuladı backend

Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstanın Baş naziri Viktor Orbanın qarşıdan gələn Macarıstan parlament seçkilərində məğlub olmasını arzulayıb.

Qaziler.az bildirir ki, o, bunu "Corriere della Sera"ya verdiyi müsahibədə bildirib.

"İnanıram ki, Orban seçkilərdə məğlub olacaq və bundan sonra Macarıstanla normal münasibətləri bərpa edə biləcəyik, o cümlədən həmçinin macar xalqı Rusiyapərəst olmadığı üçün", - Zelenski deyib. 

Zelenski hesab edir ki, Macarıstanın beynəlxalq nüfuzu var, lakin əhəmiyyətli hərbi nüfuzu yoxdur. Ukrayna prezidentinin sözlərinə görə, Orban yalnız nüfuzlu siyasi qüvvələrin dəstəyi ilə əhəmiyyətli olur.

Qeyd edək ki, 2026-cı ilin 12 aprel tarixində Macarıstanda parlament seçkiləri keçiriləcək.

QAZİLER.AZ