Rusiyanın Türkiyədən gizli tələbləri

Rusiyanın Türkiyədən gizli tələbləri backend

Təyyarə qalmaqalından sonra Rusiya Türkiyədən pərdəarxasında bir sıra diplomatik tələblər irəli sürüb.

Qaziler.az-ın məlumatına görə, Axar.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, Ankara Rusiyanın bu istəkləri qarşısında dik duraraq, geri addım atmır.

Rusiyanın tələbləri və Türkiyənin cavablarını təqdim edirik:

- Rusiya: - Suriyada keçid prosesində Bəşər Əsəd də iştirak etsin. Vyana görüşləri zamanı qurulması planlaşdırılan keçid hökumətinin rəhbəri Əsəd olsun. Beynəlxalq koalisiya ilə birgə aparacağınız əməliyyatlar barədə bizə məlumat verin. Suriya sərhədi İŞİD-in üzünə bağlansın. Türkiyə ölən pilotumuz üçün təzminat ödəsin.

- Türkiyə: Əli qana bulaşmış Əsədin Suriyanın gələcəyində yeri yoxdur. Vyana görüşlərində keçid hökumətini yox, Əsədin gediş şərtlərini müzakirə edirik. Əməliyyatlar barədə məlumatın verilməsinə müsbət yanaşırıq. Lakin Rusiya da bu koalisiyaya daxil olmalı və İŞİD-ə qarşı bizimlə birgə mübarizə aparmalıdır. Türkiyə sərhədlərinin təhlükəsizliyini qorumaq üçün koalisiya qüvvələri ilə birgə əlindən gələni edir. Ölən pilota görə isə kompensasiyanın ödənilməsi gündəmdə deyil. İstəsəniz, beynəlxalq hüquq çərçivəsində bu məsələni bütün detallarıyla danışmağa hazırıq.
Diaspora