İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ administrasiyasını alamaqda çətinlik çəkdiyini bildirib.
Qaziler.az xəbər verir ki, İranın XİN başçısı bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Mən bilmirəm ki, niyə ABŞ administrasiyası İranla danışıqlara başlamağı tələb edir, dialoq aparılan vaxt isə İrana hücum edir", - A. Əraqçi qeyd edib və bildirib ki, oxşar problem 2025-ci ilin iyununda da yaşanıb.
Xatırladaq ki, 2025-ci ilin iyununda İranın nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqlar aparılan zaman İsrail İslam Respublikasına zərbələr endirib və qarşılıqlı hücumlar 12 gün davam edib. Savaş ərzində ABŞ də İranın nüvə obyektlərini bombalayıb.
2026-cı il fevralın son günündə - 28-də ABŞ və İsrail İranın şəhərlərinə hava zərbələri endirib. Halbuki ABŞ ilə Cenevrə danışıqlarında irəliləyişin əldə olunduğu bildirilirdi.



