Səudiyyə Ərəbistanının şahzadəsi amerikalı milyarder Donald Trampı tənqid edib.
Qaziler.az bildirir ki, ANS PRESS-in məlumatına görə, şahzadə Əl-Validi ibn Təlal ABŞ prezidentliyinə namizəd olan milyarderi tənqid edərək onu ABŞ və respublikaçılar partiyası üçün “üzqarası” adlandırıb.Öz şəxsi Tvitter hesabında “Tramp prezidentlik uğrunda mübarizədən geri çəkilməlidir, onsuz da heç vaxt qalib gəlməyəcək” sözlərini də əlavə edib.
Bu yazı şəhzadənin hesabında Donald Trampın müsəlmanları təhqir etməsindən bir neçə gün sonra paylaşılıb.
Donald Tramp şahzadəyə cavabında onu axmaq adlandıraraq bunları yazıb: ”Axmaq şahzadə Əl-Valid Təlal Amerika siyasətini atasının pulları ilə idarə etmək istəyir. Mən prezident seçiləcəyim təqdirdə bunu edə bilməyəcək”.