Lavrov Avropa liderlərini xalqlarına qarşı laqeydlikdə günahlandırdı

Lavrov Avropa liderlərini xalqlarına qarşı laqeydlikdə günahlandırdı backend

Avropa liderləri Ukraynada hərbi kontingentlərin yerləşdirilməsi məsələsini müzakirə edərkən xalqlarının qayğısına qalmırlar, əksinə ideoloji planlardan istifadə edirlər.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərlə söhbətində bildirib.

"Xalqına və ölkələrinə qayğı göstərən normal insanlar da var, ideoloji sxemlərə əl atan insanlar da var", - deyə o bildirib.

Daha əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Polşa və Baltikyanı ölkələri Ukrayna ilə Belarus sərhədində hərbi kontingentlərini yerləşdirməyə çağırmışdı.

QAZİLER.AZ