ABŞ hücum etsə, Ankara İrana müdaxilə etməyəcək - Türkiyə MN

ABŞ hücum etsə, Ankara İrana müdaxilə etməyəcək - Türkiyə MN backend

ABŞ-nin hücumuna məruz qalacağı təqdirdə Türkiyə İrana müdaxilə etməyəcək.

Qaziler.az-ın məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.

Qərb mediası Ankaranın guya İslam Respublikası daxilində bufer zonası yaratmağı planlaşdırdığını bildirib. Türkiyə isə bütün münaqişələrin sülh yolu ilə həllini təşviq etmək niyyətini vurğulayıb.

“ABŞ-nin İrana hücum edəcəyi təqdirdə Türkiyənin İrana müdaxilə etməyi planlaşdırdığı iddiaları yalandır”, - bəyanatda qeyd edilib.

QAZİLER.AZ