Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib

Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib backend

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Xocalı faciəsi ilə bağlı paylaşım edib.

Qaziler.az xəbər verir ki, səfir bu barədə "X" sosial media hesabında yazıb.

"26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilən və insanlıq tarixinə qara ləkə kimi düşən Xocalı soyqırımının 34-cü ildönümünü dərin hüznlə anırıq. Xocalıda qətlə yetirilən 613 günahsız insanı rəhmətlə yad edirik", - paylaşımda vurğulanıb.