İsrail səfirliyi Azərbaycan xalqına başsağlığı verib

İsrail səfirliyi Azərbaycan xalqına başsağlığı verib backend

İsrailin Bakıdakı səfirliyi Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Qaziler.az xəbər verir ki, müvafiq paylaşım səfirliyin "X" sosial media hesabında dərc edilib.

"Səfirlik adından Azərbaycan xalqına və Xocalı faciəsi qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk. Həyatını itirən günahsız insanların xatirəsini ehtiramla yad edir və zərər çəkmiş hər kəsə ən dərin rəğbətimizi bildiririk. Qurbanların xatirəsi daim yaşasın və sülh ilə qarşılıqlı anlaşma qalib gəlsin", - paylaşımda qeyd olunub.