Türkiyə və İraq arasındakı məsələyə qarışan digər ölkələr provakasiya ilə məşğuldur.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu deyib.“Bəzi ölkələr (Rusiya - red) öz fəaliyyətlərini pərdələmək üçün provakativ açıqlamalar verirlər. Bizim üçün əsas məsələ İraq torpağının bütövlüyüdür. Biz arzu edirdik ki, İraq hökuməti öz ərazisində təhlükəsizliyi təmin etsin. Çünki bu, bizim üçün olduqca həssas məsələdir. Bəzi ölkələr Türkiyənin Mosula əsgər göndərməsindən istifadə edərək provakasiya yaratmağa çalışırlar. Mən İraq Baş naziri Heydər Abadiyə məktub yazaraq fikrimi çatdırdım. Məqsədimi açıq şəkildə bildirdim. Biz Mosulu terrorçulardan təmizləməliyik”, - Davudoğlu deyib.