Rusiya, ABŞ və Ukrayna prezidentləri Vladimir Putin, Donald Tramp və Volodimir Zelenski yalnız münaqişə ilə bağlı razılaşmaları yekunlaşdırmaq məqəsədilə dialoq üçün görüşə bilərlər.
Qaziler.az-ın məlumatına görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalist Pavel Zarubinə verdiyi şərhdə bildirib.
Onun sözlərinə görə, Kiyev mövqeyini dəyişməyincə Rusiya və Ukrayna liderləri arasında görüşün mənası yoxdur.
“Burada razılaşmaq lazımdır ki, üç prezident yalnız razılaşmaları və ya amerikalıların dediyi kimi, razılaşmanı yekunlaşdırmaq üçün görüşməlidir. Bu, deyəsən, həqiqətən belədir”, - Peskov cavab verib.
QAZİLER.AZ



