Almaniya kansleri Fridrix Merts fevralın 23-də Brüsseldə danışıqlardan bir qədər əvvəl Aİ liderlərinə müraciətində Ukraynaya dəstək çağırışı edib və Rusiyanın varvarlığın ən pik zirvəsində olduğunu bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat dərc edib.
Məqalədə qeyd olunur ki, Macarıstanın Ukrayna üçün 90 milyard avroluq kreditlə bağlı mövqeyi Kiyevin ən böyük donoru olan Almaniyanı qəzəbləndirib. Merts bazar ertəsi çıxışında Budapeştdən birbaşa bəhs etməyib, lakin məyusluğunu da gizlətməyə çalışmayıb.
Merts Avropanı Ukraynaya dəstəyində tərəddüd etməməyə çağırıb.
"Biz etiraf etməliyik və mən bunu bizə [almanlara] deyirəm... [Rusiya] hazırkı rəhbərliyi altında varvarlığın ən pik zirvəsindədir. Heç kim bu rejimə və bu günlərdə Rusiyadan qaynaqlanan varvarlığa şübhə etməməlidir", - Merts deyib.
QAZİLER.AZ



