Əraqçi Lavrova ABŞ-la danışıqlar barədə məlumat verib

Əraqçi Lavrova ABŞ-la danışıqlar barədə məlumat verib backend

Tehran nüvə sazişinə nail olmaq üçün Vaşinqtonla danışıqlara ciddi yanaşır.

Qaziler.az xəbər verir ki, Rusiya XİN-in yaydığı məlumata görə  bunu İranın xarici işlər naziri Abbas Əraqçi telefon danışığı zamanı rusiyalı həmkarı Sergey Lavrova bildirib.

Bəyanatda deyilir: "Bu söhbət zamanı Əraqçi İranın nüvə məsələsindəki mövqeyini açıqlayaraq, İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə uyğun olaraq, onun hüquq və mənafelərinə hörmət edən ədalətli və balanslı bir razılaşma əldə etmək məqsədi daşıyan danışıqların irəliləməsində İranın ciddiliyini vurğuladı".

Bundan əlavə, Əraqçi Moskvanın beynəlxalq səhnədəki konstruktiv və müsbət mövqeyinə görə minnətdarlığını bildirib və Lavrovu İranla ABŞ arasında danışıqlar prosesi ilə bağlı son inkişaflar barədə məlumatlandırıb.

QAZİLER.AZ