Bu gün Avropa Ukraynadakı münaqişənin həlli üçün danışıqlar masasından kənarda tamamilə alçaldılıb.
Qaziler.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Vesti”yə verdiyi müsahibədə bildirib.
"Masa olur və arxasında oturulur. Üzərində bəzi kağızlar və qablar var, kimsə gəlib gedir, nəsə olur və onlar özlərini, ən pisi həmin otaqda olmadıqlarınə görürlər. Daha pisi odur ki, onlar əslində masanın altında, tam rüsvayçılıq vəziyyətindədirlər", - deyə diplomat bildirib.
Zaxarova əlavə edib ki, Avropa özü Minsk razılaşmalarını rədd edib və buna görə də danışıqlar masasına qayıtması üçün etibar bərpa olunmalıdır.
QAZİLER.AZ



