Ukraynadakı döyüşlər yalnız bir tərəfin tamamilə tükənməsi halında bitəcək.
Qaziler.az bildirir ki, bunu Almaniya kansleri Fridrix Merts Almaniyanın "Rheinpfalz" qəzetinə verdiyi müsahibədə bildirib.
"Mənim fikrimcə, bu müharibə yalnız iki tərəfdən biri ya hərbi, ya da iqtisadi cəhətdən tükəndikdə bitəcək", - deyə kansler qeyd edib.
Merts həmçinin Rusiya ilə Ukrayna arasında hazırda davam edən sülh danışıqlarına inanmadığını vurğulayıb. Siyasətçi əlavə edib ki, o, Ukrayna böhranının tez bir zamanda həllini gözləmir.
QAZİLER.AZ



