Rusiya Kubaya qoyulan məhdudiyyətləri qəbuledilməz hesab edir.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilla ilə görüşündə bildirib.
"İndi yeni sanksiyalarla bağlı xüsusi bir dövrdəyik. Bizim buna necə yanaşdığımızı bilirsiniz. Biz belə bir şeyi qəbul etməyəcəyik. Biz həmişə Kubanın müstəqillik uğrunda, öz inkişaf yolu ilə getmək hüququ uğrunda mübarizəsində onun tərəfində olmuşuq və həmişə Kuba xalqını dəstəkləmişik", - deyə Putin bildirib.
Qeyd edək ki, fevralın 18-də Putin Moskvada Kubanın xarici işlər naziri ilə görüşüb.
QAZİLER.AZ



