Cenevrədə ABŞ-İran danışıqlarının ikinci raundu yekunlaşıb

Cenevrədə ABŞ-İran danışıqlarının ikinci raundu yekunlaşıb backend

Cenevrədə keçirilən İran–ABŞ danışıqlarının ikinci raundu başa çatıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı İSNA yayıb.

Məlumata görə, danışıqlar başa çatdıqdan sonra nümayəndə heyətləri görüşün keçirildiyi məkanı tərk ediblər.

Görüşün detalları və müzakirələrin nəticələrinə dair rəsmi açıqlama olmayıb. Tərəflərin danışıqları davam etdirib-etdirməyəcəkləri ilə bağlı məlumat verilməyib.