Macarıstan ABŞ-yə Mərkəzi Avropadakı vəziyyəti və Ukraynadakı münaqişəni daha yaxşı başa düşməyə kömək edir ki, məsələ sülh yolu ilə həll olunsun.
Qaziler.az RİA “Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.
"Bu, ABŞ üçün faydalı oldumu? Düşünürəm ki, elədir. Ən maraqlısı odur ki, biz onlara kömək edə bildikmi? Çünki Amerika uzaqdadır, Mərkəzi Avropa mürəkkəbdir, başa düşülməsi çətindir və oradan onlar müharibəni tamamilə fərqli bir perspektivdən görürlər. Və mən məhz burada onlara, amerikalılara kömək etməyə çalışıram", - deyə siyasətçi bildirib.
Orban bildirib ki, o, ABŞ-nin sülh yolu ilə həllində düzgün seçim edə bilməsi üçün fərqli bir perspektiv təqdim etməyə çalışır.
QAZİLER.AZ



