İran ABŞ-dən sanksiyaların tamamilə ləğvini TƏLƏB EDİB

İran ABŞ-dən sanksiyaların tamamilə ləğvini  TƏLƏB EDİB backend

Cenevrədə başlayan ABŞ ilə danışıqların yeni mərhələsində Tehranın əsas şərti bütün iqtisadi sanksiyaların tamamilə və qəti şəkildə ləğvi olub.

Qaziler.az-ın məlumatına görə, bu barədə “Tasnim” xəbər verir.

Tehran həmçinin Vaşinqtonla İranın dinc nüvə proqramında etibarlılıq məsələlərini müzakirə etmək niyyətindədir.

Dialoqa Cenevrədə Oman tərəfindən vasitəçilik edilir və Amerika tərəfini Stiv Uitkoff və Cared Kuşner təmsil edir. İran görüşə yalnız Vaşinqton iki ilkin şərti qəbul etdikdən sonra razılıq verib: uranın zənginləşdirilməsi prinsipinin tanınması və gündəliyin yalnız nüvə məsələləri ilə məhdudlaşdırılması. Tehran regional gərginliyi azaltmaq üçün diplomatiyaya hazır olduğunu vurğulayır, lakin müzakirə olunan məsələlərin dairəsini genişləndirmək niyyətində deyil.

Qeyd edək ki, fevralın 17-18-də Cenevrədə İran-ABŞ arasında danışıqların ikinci raundu keçiriləcək.

QAZİLER.AZ