AB və ABŞ arasında növbəti böhranın baş verməsi qaçılmazdır - “The Financial Times”

AB və ABŞ arasında növbəti böhranın baş verməsi qaçılmazdır - “The Financial Times” backend

Avropa ilə ABŞ arasında hazırki münasibətlərdəki sakitlik gələcək böhranların müqəddiməsidir.

Qaziler.az bildirir ki, bu barədə jurnalist Gideon Rahmanın “The Financial Times” qəzetindəki məqaləsində yazıb.

Onun sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubionun 13-15 fevral tarixlərində keçirilən Münxen Təhlükəsizlik Konfransında çıxışı AB ilə ABŞ arasındakı uçurumu aradan qaldıra bilməyib və buna görə də transatlantik münasibətlər birdən çox böhran yaşayacaq.

Jurnalist qeyd edib ki, son bir ildə Avropa iki vacib nəticəyə gəlib. Birincisi, Avropa ilə ABŞ arasındakı münasibətlərdə bir böhranın ardınca digərinin yaranması qaçılmaz olacaq.

"Növbəti böhran Qrenlandiya, ticarət, Ukrayna və ya başqa bir şeylə bağlı ola bilər. Amma bu, mütləq baş verəcək", - deyə müəllif hesab edir.

QAZİLER.AZ