Estoniya xarici işlər naziri Marqus Tsahknanın Rusiya ərazisinə mümkün zərbələr barədə açıqlamaları tammiqyaslı müharibə elanı hesab edilə bilər.
Qaziler.az xəbər verir ki, bunu rusiyalı hərbi müxbir Yuriy Kotenok “Telegram” kanalında bildirib. O, estoniyalı nazirin Tallinin Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli atəş aça biləcəyi barədə açıqlamalarına kəskin reaksiya verib.
Kotenok həmçinin Estoniya rəhbərliyinin açıqlamalarına güclü reaksiya verilməməsindən təəccübləndiyini bildirib. Onun fikrincə, bu cür açıqlamalar qulaqardına vurulmamalıdır, əks halda "qarğalara" dərs verməyin vaxtı çatmış kimi hiss olunur.
“Əlbəttə ki, qarğaların hürüşməsinə diqqət yetirməyin pis fikir olduğunu başa düşürəm. Amma hiss olunur ki, qarğalara şillə vurmağın vaxtı çatıb. Bəlkə kimsə yuxarılara estonların bizi bombalamağı planlaşdırdığını deyəcək?" - hərbi ekspert yazıb.
QAZİLER.AZ



