Aleksandar Vuçiç Azərbaycana səfər edəcək

Aleksandar Vuçiç Azərbaycana səfər edəcək backend

Serbiya Prezidenti Aleksandar Vuçiç 2026-cı ilin sentyabrında və ya əvvəl Azərbaycana səfər edəcək.

 

"Report" xəbər verir ki, bunu Aleksandar Vuçiç Belqradda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.

 

O qeyd edib ki, sentyabrda Serbiya-Azərbaycan İnvestisiya Forumunda iştirak edəcək.

 

Vuçiç vurğulayıb ki, Azərbaycan öz növbəsində, Serbiyada keçiriləcək "EXPO 2027"də iştirakını təsdiqləyib.