"Bölgədə nüvə silahları peyda olsa, Türkiyə nüvə silahları yarışına qoşulmaq məcburiyyətində qalacaq".
Qaziler.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bunu “CNN Türk”ə İranın nüvə silahı əldə etmə ehtimalını şərh edərkən bildirib.
"Düzünü desəm, bölgədə mövcud güc balansını poza biləcək dramatik dəyişikliklər görmək istəmirik. Məsələn, İranla problemli məsələləri olan ölkələr nüvə silahı ələd etməyə başlayacaqlar. Və biz də çox güman ki, bu yarışa qoşulmaq məcburiyyətində qalacağıq", - deyə nazir bildirib.
Lakin Fidan Türkiyənin nüvə silahı əldə etmək istəyib-istəmədiyi sualına cavab verməkdən imtina edib.
QAZİLER.AZ



