“Suriya ilə sərhədi olmayan Rusiyanın bu ölkədə nə işi var?“

“Suriya ilə sərhədi olmayan Rusiyanın bu ölkədə nə işi var?“ backend

Ankarada səfərdə olan Bosniya və Herseqovina nümayəndə heyətini qəbul edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan danışıqlardan sonra keçirilən mətbuat konfransında Rusiyanın Suriya siyasətini tənqid edib.

Qaziler.az bildirir ki, "Report"un "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, regiondaki gərgin vəziyyətə diqqət çəkən R.T. Ərdoğan bildirib ki, Türkiyə ABŞ və digər ölkələrlə birgə terrorizmlə mübarizə aparır.
"Türkiyənin Suriya ilə 911 kilometr, İraqla isə 390 kilometr sərhədi var. Bəs Rusiya Federasiyasının bu ölkələrlə sərhədivar mı? Xeyr. Suriya ilə sərhədi olmayan Rusiyanın bu ölkədə nə işi var?", - deyə Ərdoğan vurğulayıb.
Diaspora