Peskov Rusiya-Ukrayna danışıqlarının 3-cü raundunun tarixindən danışdı

Peskov Rusiya-Ukrayna danışıqlarının 3-cü raundunun tarixindən danışdı backend

Ukraynada nizamlanma ilə bağlı yeni danışıqlar üçün hələlik dəqiq tarix yoxdur.

Qaziler.az RİA “Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Hələlik dəqiq tarix yoxdur", - deyə o bildirib.

O, əlavə edib ki, tezliklə yeni danışıqlar raundu keçiriləcək.

O, həmçinin Ukraynada nizamlanma ilə bağlı yeni danışıqlar raundunun ABŞ-də keçiriləcəyi ilə bağlı məlumatları təkzib edib.

Qeyd edək ki, fevralın 4 və 5-də Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların ikinci raundu Əbu-Dabidə keçirilib.

QAZİLER.AZ