Uitkoff Əbu-Dabidə baş tutan razılaşma barədə DANIŞDI

Uitkoff Əbu-Dabidə baş tutan razılaşma barədə  DANIŞDI backend

Rusiya və Ukrayna nümayəndə heyətləri Əbu-Dabidə keçirilən danışıqlar zamanı 314 hərbi əsir mübadiləsi barədə razılığa gəliblər.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff “X” sosial media platformasında bildirib.

O qeyd edib ki, tərəflərin hələ çox işi var, lakin bu cür addımlar diplomatik əlaqələrin nəzərəçarpacaq nəticələr verdiyini göstərir.

"Bu gün ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri 314 əsirin mübadiləsi barədə razılığa gəliblər. Bu, beş ay ərzində ilk belə mübadilədir. Bu nəticə ətraflı və məhsuldar sülh danışıqları vasitəsilə əldə edilib”, - Uitkoff yazıb.

QAZİLER.AZ