ABŞ dövlət katibi Marko Rubio, hazırda Rusiya ilə Yeni Strateji Hücum Silahları Müqaviləsi ilə bağlı heç bir yeni məlumata malik olmadığını bildirib.
Qaziler.az RİA “Novosti”yə istinadla bildirir ki, müqavilənin müddəti fevralın 5-də bitir.
"Hazırda Yeni Strateji Hücum Silahları Müqaviləsi ilə bağlı heç bir açıqlamam yoxdur", - Rubio şərh verib.
2010-cu ildə imzalanan müqavilə strateji çatdırılma vasitələrinin və döyüş başlıqlarının sayını məhdudlaşdırır. 2023-cü ilin fevral ayında Rusiya müqavilədəki iştirakını müvəqqəti olaraq dayandı. 2025-ci ilin sentyabrında isə Rusiya Prezidenti Vladimir Putin bildirib ki, əgər ABŞ qarşılıqlı şəkildə razılaşmanı təsdiqləsə, Moskva müqavilənin müddəti bitdikdən sonra bir il ərzində onun kəmiyyət məhdudiyyətlərinə riayət etməyə hazırdır.
QAZİLER.AZ



