Özbəkistan və Azərbaycan iki ölkənin müəssisələri və biznes dairələri arasında birgə layihələrin həyata keçirilməsi üçün 10 milyard ABŞ dolları məbləğində investisiya paketinin formalaşdırılması üzərində işləyir.
Bunu "Report"a Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov bildirib.
"Biz artıq Özbəkistan və Azərbaycan müəssisələri arasında birgə layihələr üçün 10 milyard dollarlıq investisiya paketinin formalaşdırılması üzərində işləyirik. Eyni zamanda, ticarət dövriyyəsini 1 milyard ABŞ dollarına çatdırmağı qarşıya vəzifə qoyuruq", - diplomat qeyd edib.
Səfirin sözlərinə görə, ölkələr arasında əməkdaşlıq yol xəritəsi çərçivəsində qurulub və XİN-lər arasında müntəzəm məsləhətləşmələr, Ali Dövlətlərarası Şuranın iclaslarına hazırlıq və sahəvi tədbirlər - biznes forumlar, regionlararası forumlar, səhiyyə sahəsində məsləhətləşmələr və elmi ictimaiyyətin görüşləri kimi tədbirləri əhatə edir.



