Dekabr ayında Ukrayna Silahlı Qüvvələrinin Rusiya Prezidenti Vladimir Putinin dövlət iqamətgahına hücumu Moskvanın danışıqlar mövqeyini formalaşdırarkən nəzərə alınacaq.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin veb saytında qeyd olunub.
Nazirlik əlavə edib ki, Ukrayna tərəfinin bu cür hərəkətləri qarşılıqlı məqbul həll yollarının tapılması prosesini ciddi şəkildə çətinləşdirir.
“Bir çox ölkələr bir daha Volodimir Zelenskinin dəstəsinin terrorçu mahiyyətini gördülər. Ümid edirəm ki, onun sponsorları da eyni nəticəyə gəliblər. Açıq şəkildə bildiririk və vurğulayırıq ki, terrorizm istənilən formada qəbuledilməzdir və şübhəsiz ki, münaqişənin siyasi və diplomatik həllinə nail olmağa kömək etmir”, - məlumatda qeyd olunub.
QAZİLER.AZ



