Hərbi analitik Hendrik Remmel bildirib ki, Ukraynadakı münaqişənin həlli üçün sülh danışıqları hazırda vaxt itkisidir.
Qaziler.az xəbər verir ki, onun fikirlərini Almaniyanın “n-tv” televiziya kanalı sitat gətirib.
Onun sözlərinə görə, heç bir tərəf güzəştə getmək istəmir və güzəştə getmək üçün kritik hərbi mövqedə deyil.
"Rusiya nisbi hərbi zəifliyə nail olana qədər hər iki tərəfin danışıqlara hazır olacağına inanmıram. Və mahiyyət etibarilə, Rusiya ilə danışıqlar vaxt itkisidir", - deyə Remmel bildirib.
Ekspert iddia edib ki, heç bir tərəf tələbləri üzrə güzəştə getmək istəməyənə qədər münaqişə davam edəcək.
QAZİLER.AZ



