Tramp: "Hindistan Rusiyadan neft almağı dayandıracaq"

Tramp: "Hindistan Rusiyadan neft almağı dayandıracaq" backend

ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modinin Rusiya neftini almağı dayandırmağa razı olduğunu bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ lideri “TruthSocial” sosial media platformasında paylaşım edib.  

Onun sözlərinə görə, Hindistan indi ABŞ-dən və potensial olaraq Venesueladan daha çox yanacaq alacaq.

“Biz Rusiya-Ukrayna müharibəsinə son qoymaq və ticarət də daxil olmaqla bir çox məsələni müzakirə etdik. Modi Rusiya neftini almağı dayandırmağa, ABŞ-dən və potensial olaraq Venesueladan daha çox yanacaq almağa razılaşdı", - deyə Ağ Ev rəhbəri yazıb.

QAZİLER.AZ