Əbu-Dabidə keçiriləcək sülh danışıqları təxirə salındı

Əbu-Dabidə keçiriləcək sülh danışıqları  təxirə salındı backend

Rusiya–Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı növbəti üçtərəfli danışıqlar fevralın 4 və 5-də Əbu-Dabidə baş tutacaq.

Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında məlumat verib.

O bildirib ki, Ukraynanın danışıqlar qrupunun hesabatını dinləyib. “Ukrayna məzmunlu və konkret dialoqa hazırdır və biz nəticənin müharibənin real və ləyaqətli şəkildə başa çatmasına yaxınlaşdırmasında maraqlıyıq”, – deyə dövlət başçısı əlavə edib.

Qeyd olunur ki, əvvəlki raund üçtərəfli formatda yanvarın 23–24-də keçirilib. Bununla yanaşı, fevralın 1-də Rusiya və Ukrayna nümayəndə heyətləri ABŞ tərəfi olmadan Əbu-Dabidə danışıqlar aparacaqlar.

ABŞ-ın dövlət katibi Marko Rubio isə öz növbəsində ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək yeni görüşdə iştirak ehtimalını istisna etməyib.

APA