Rusiya-Ukrayna danışıqları ABŞ olmadan da məhsuldar ola bilər - Tramp

Rusiya-Ukrayna danışıqları ABŞ olmadan da məhsuldar ola bilər - Tramp backend

Rusiya və Ukrayna arasında danışıqlar amerikalı nümayəndələr Stiv Uitkoff və Cared Kuşnerin iştirakı olmadan da çox məhsuldar ola bilər.

Qaziler.az bildirir ki, “İnterfaks”ın məlumatına görə, ABŞ prezidenti Donald Tramp bunu Ağ Evdə bildirib.

"Bəli, mən belə düşünürəm. Bu cür danışıqlar uğurlu ola bilər", - deyə o, bu məsələ ilə bağlı sualı cavablandırarkən bildirib.

Amerika prezidenti həmçinin əlavə edib ki, tərəflər münaqişənin həllinə yaxınlaşıblar.

QAZİLER.AZ