“Almaniya 2022-ci ildən bəri Ukraynada nizamlanmaya vasitəçilik etmək üçün heç bir cəhd göstərməyib”.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, həmçinin vurğulayıb ki, danışıqlarda Berlinin vasitəçiliyi hazırda nəzərdən keçirilmir.
“Xeyr, Almaniya heç bir cəhd göstərməyib. Və əslində, hazırda danışıqlarda Almaniyanın vasitəçiliyi barədə heç bir söhbət getmir”, - Peskov deyib.
QAZİLER.AZ



