Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 27 yanvar – Beynəlxalq Holokost Qurbanlarını Anma Günü ilə bağlı paylaşım edib.
Qaziler.az xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında post paylaşıb.
"27 yanvar – Beynəlxalq Holokostu Anma Günündə insanlıq tarixinin ən dəhşətli cinayətlərindən birinin qurbanlarını dərin ehtiramla yad edirik.
Biz soyqırımı və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına, dini və etnik nifrətə, eləcə də dözümsüzlüyün bütün formalarına qarşı mübarizəyə sarsılmaz sadiqliyimizi bir daha bəyan edirik", - paylaşımda qeyd olunub.



