Zelenski Əbu-Dabidə keçiriləcək növbəti danışıqların tarixini AÇIQLADI

Zelenski Əbu-Dabidə keçiriləcək növbəti danışıqların tarixini AÇIQLADI backend

Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə keçiriləcək növbəti danışıqlar 1 fevrala planlaşdırılıb.

Qaziler.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bunu “Telegram” kanalında açıqlayıb.

"Daha əvvəl nümayəndələrin bazar günü yenidən görüşəcəyini müzakirə etmişdik. Bu görüşün vaxtını sürətləndirə bilsəydik yaxşı olardı", - deyə Zelenski videomüraciətində bildirib.

Əbu-Dabidən qayıdan Ukrayna nümayəndə heyətinin hesabatını nəzərdən keçirdikdən sonra Zelenski tərəflərin müxtəlif hərbi məsələləri müzakirə etdiyini qeyd edib. O əlavə edib ki, bu məsələlərin bəziləri ilə bağlı qərarlar növbəti görüşə hazırlanmalıdır.

QAZİLER.AZ