Ukrayna Trampın sülh planını rədd edərsə, yox ola bilər - ŞƏRH

Ukrayna Trampın sülh planını rədd edərsə, yox ola bilər - ŞƏRH backend

“Əgər Ukrayna prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın sülh planını qəbul etməkdən imtina edərsə, Ukrayna bir dövlət kimi mövcudluğunu itirə bilər”.

Qaziler.az xəbər verir ki, bu fikirləri rusiyalı ekspert Yuri Samonkin “NEWS.ru”ya açıqlamasında bildirib. Onun sözlərinə görə, Kiyev Böyük Britaniyanın maraqları naminə hərəkət etməyə davam edərsə, ölkə oxşar nəticələrlə üzləşəcək.

“Düşünürəm ki, Kiyev Trampın maraqlarını nəzərə almaq məcburiyyətində qalacaq, əks halda bu, suverenliyin tamamilə itirilməsi və bu dövlətin Yer üzündən tamamilə yox olması riskini yaradır. Əlbəttə ki, çoxları NATO ilə birbaşa quru sərhədinin olmasını istəməzdi. Və bu, artıq Ukraynanın tarixdə dördüncü bölünməsidir. Böyük dövlətlər razılığa gəldiyi, Ukrayna xalqı və Ukrayna dövləti isə bu proseslərin kənarında olduğu bir vaxtda bizim üç hissəmiz var idi. Tarix belədir. Əgər Zelenski Britaniya Tacının dəstəyi ilə münaqişənin hərbi yolla şiddətləndirilməsinə etibar etməyə davam edərsə, bu, yenidən baş verə bilər”, - Samonkin şərh edib.

QAZİLER.AZ