Peskov Ukraynadakı münaqişənin həllində irəliləyiş olduğunu açıqlayıb

Peskov Ukraynadakı münaqişənin həllində irəliləyiş olduğunu açıqlayıb backend

“Ukraynadakı münaqişənin həlli üzrə işlər davam edir və "Ankoric formulu"nun tətbiqi vacibdir”.

APA xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın tərəflərin Ukraynadakı münaqişəyə son qoymaq üzrə olduğu barədə fikirlərini şərh edərkən bildirib.

"İş davam edir. İrəliləyir. İndi Ankoricdə razılaşdırılmış formulun tətbiqi vacibdir", - Kremlin sözçüsü qeyd edib.