Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar məhsuldar keçib və ertəsi gün davam etməsi planlaşdırılır.
Qaziler.az xəbər verir ki, bu barədə Ukraynanın "Public" televiziya kanalı ABŞ administrasiyasının yüksək vəzifəli məmuruna istinadən məlumat verib.
Nəşr məlumat verən Amerika rəsmisinin adının çəkməyib.
"Bu gün Əbu-Dabidə ABŞ, Ukrayna və Rusiya arasında keçirilən üçtərəfli görüş məhsuldar keçib. Danışıqlar sabah davam edəcək", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin iştirak etdiyi ilk üçtərəfli görüş yanvarın 23-də Əbu-Dabidə başlayıb. Həm Moskva, həm də Kiyev üçün Donbasın suverenliyi fundamental məsələ olaraq qalıb və görüş zamanı əsas müzakirə mövzusu olacaq.
QAZİLER.AZ



