Ukrayna, ABŞ və Rusiyanın nümayəndələri Əbu-Dabidəki üçtərəfli danışıqlarda münaqişəyə son qoymaq üçün parametrləri müzakirə edirlər.
Qaziler.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bunu “Telegram” kanalında dərc olunmuş açıqlamada yazıb.
"Ukrayna nümayəndələri mənə demək olar ki, saatbasaat hesabat verirlər. Hazırda onlar Əmirliklərdədirlər. Ukrayna, Amerika və Rusiya nümayəndə heyətləri bu gün oradadır, artıq müzakirə aparılıb... onlar müharibəyə son qoymaq üçün parametrlər barədə danışırlar", - deyə Zelenski bildirib.
QAZİLER.AZ



