Rusiya, Ukrayna və ABŞ-nin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçirilməsi Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq səviyyədə ardıcıl olaraq çatdırdığı bir sıra strateji mesajları əks etdirir.
Qaziler.az bildirir ki, bugünkü üçtərəfli görüşlə bağlı “News.ru” portalının hazırladığı siyasi şərhdə strateji mesajlar bu şəkildə sadalanıb.
Birincisi, BƏƏ mürəkkəb beynəlxalq mühitdə dövlətlər arasında dialoq üçün neytral platforma təmin etməyə, eləcə də diplomatik mexanizmlər vasitəsilə regional və qlobal sabitliyin qorunmasında iştirak etməyə hazır olduğunu təsdiqləyir.
İkincisi, münaqişə tərəflərinin iştirakı ilə danışıqların təşkili BƏƏ diplomatiyasına olan etimad səviyyəsini və BƏƏ-nin əsas qlobal oyunçular arasında əlaqələrin qorunması üçün beynəlxalq səylərdə iştirakçı kimi rolunun tanınmasını nümayiş etdirir.
Digər bir mesaj BƏƏ-nin humanitar vasitəçilik və müsbət neytrallıq prinsiplərinə sadiqliyidir. Əmirliklər dialoqu təşviq etmək və dövlətlərarası münaqişələrə davamlı həll yolları tapmaq üçün beynəlxalq əlaqələrindən effektiv şəkildə istifadə edir.
Şərhdə qeyd olunur ki, BƏƏ-nin vasitəçilik fəaliyyətinin humanitar ölçüsü də vurğulanır. Onların köməyi ilə Rusiya və Ukrayna arasında 17 vasitəçilik əməliyyatı aparılıb və nəticədə 4641 məhbus azad edilib.
QAZİLER.AZ



