Con Kerri gələn həftə Moskvaya səfər edəcək.
Axar.az “Röyter” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Con Kerri söyləyib. Onun sözlərinə görə, səfər zamanı o, Rusiya Prezidenti Vladimir Putin və Xarici İşlər naziri Sergey Lavrovla görüşmək niyyətindədir. Kerri zamanı Ukrayna və Suriya məsələlərinin müzakirə ediləcəyini bildirib.