Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyada baş verən qatar toqquşması ilə bağlı başsağlığı verib.
Qaziler.az xəbər verir ki, bu barədə XİN-in rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib.
"İspaniyanın Kordova şəhərində çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan faciəli qatar toqquşması xəbəri bizi dərindən kədərləndirdi.
Qurbanların ailələrinə və İspaniya xalqına dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə sağalmalarını arzulayırıq", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, İspaniyanın Əndəluz bölgəsində yüksək sürətlə hərəkət edən sərnişin qatarının üç vaqonu relslərdən çıxıb. Son məlumata əsasən, qəza nəticəsində 30 nəfər həlak olub. Rəsmi qurumlar iki qatarda ümumilikdə 417 sərnişinin olduğunu bildirirlər.



