Peskov Kiyevə təhlükəli mesaj göndərdi: "Dəhliz daralır"

Peskov Kiyevə təhlükəli mesaj göndərdi: "Dəhliz daralır" backend

“Ukrayna hakimiyyəti üçün vəziyyət hər gün pisləşir”.

Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.  O, əlavə edib ki, Kiyevin qərar qəbul etmə imkanları getdikcə məhdudlaşır.

"Kiyev rejimi üçün vəziyyət hər gün pisləşir. Biz bu haqda danışdıq. Kiyev rejiminin qərar qəbul etmə dəhlizi daralır", - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov həmçinin Rusiyanın Çin və Qlobal Cənub ölkələrinin iştirakı ilə Ukraynada sülhməramlıların yerləşdirilməsinə razı olacağı ilə bağlı iddiaları da təkzib edib. Bundan əlavə, o, Rusiya lideri Vladimir Putinin münaqişənin həllini müzakirə etməyə hazır olduğunu və artıq Moskvanın öz mövqeyini həm Vaşinqtona, həm də Kiyevə çatdırdığını bildirib.

QAZİLER.AZ