Rusiya hakimiyyəti ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenskinin sülh prosesini ləngitməsi ilə bağlı mövqeyi ilə razılaşır.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiya tərəfi Kiyevdən fərqli olaraq, böhranın həlli prosesinə açıqdır.
Burda razılaşmaq olar. Bu, həqiqətən də belədir. Rusiya prezidenti Vladimir Putin və Rusiya tərəfi açıqlığını qoruyur", - deyə Rusiya liderinin mətbuat katibi Trampın fikirlərini aydınlaşdırıb.
Peskov həmçinin qeyd edib ki, Moskvanın mövqeyi həm Amerika tərəfindən danışıqlar aparanlara, həm də Trampa yaxşı məlumdur. Bundan əlavə, o, vurğulayıb ki, Kiyev Rusiya rəhbərliyinin ardıcıl və sarsılmaz mövqeyindən yaxşı xəbərdardır.
QAZİLER.AZ



