Tramp marşrutu "Zəngəzur düyünü"nü açır - VİDEO

Tramp marşrutu "Zəngəzur düyünü"nü açır - VİDEO backend

ABŞ və Ermənistan arasında Cənubi Qafqazda yeni nəqliyyat və tranzit mərhələsini nəzərdə tutan Tramp marşrutu layihəsi üzrə növbəti mühüm addım atılıb. ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan layihənin icrası ilə bağlı birgə bəyannaməni təsdiqləyiblər.

Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, tərəflər Ermənistan-ABŞ strateji tərəfdaşlığının inkişafını, əvvəl əldə olunmuş razılaşmaların icra vəziyyətini və yeni təşəbbüslərin perspektivlərini müzakirə ediblər.

Xüsusi diqqət ötən ilin avqustunda Vaşinqtonda keçirilmiş sülh sammitində razılaşdırılan mexanizmlərin həyata keçirilməsinə yönəlib. Söhbət ABŞ-nin ideya müəllifi olduğu, Beynəlxalq Sülh və Rifah naminə Tramp yolu (TRIPP) layihəsindən gedir.

Məsələ ilə bağlı millət vəkili Sahib Alıyev bildirib: "Zəngəzur dəhlizinin açılması yönündə atılan növbəti bu mühüm addım Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə dediklərinin bir növ təsdiqidir. Xatırladım ki, Prezident orada bildirirdi ki, Zəngəzur dəhlizinin açılmasından imtina Ermənistan üçün bir növ özünəqəsd ola bilərdi. Görünür, qarşı tərəf də bunun fərqindədir və əvvəlcədən razılaşdırılmış plan üzrə proseslər getməkdədir".