"Sülh danışıqları uğursuz olsa belə, Rusiya Ukrayna münaqişəsində qalib gələcək".
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, ABŞ-nin Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin zabiti Skott Ritter Rusiya-Ukrayna münaqişəsinin nəticəsini proqnozlaşdırıb.
"Rusiya danışıqlar uğursuz olsa belə, döyüş meydanında istədiyi hər şeyi əldə edə bilər", - deyə o bildirib.
Ritterin sözlərinə görə, ABŞ Rusiyanın münaqişəni sülh yolu ilə həll etmək istəyini adi hal kimi qəbul etməməlidir. O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücumundan sonra dialoqun xarakteri əhəmiyyətli dərəcədə dəyişə bilər.
QAZİLER.AZ



